Xəbər lenti
10-09-2025, 09:44
 

Baş Prokurorluğun əməkdaşları Gürcüstanın Tbilisi şəhərində təşkil edilmiş təlimdə iştirak etmişlər

Tarix: 04-02-2023 11:59     Baxış: 959

Baş Prokurorluğun əməkdaşları Gürcüstanın Tbilisi şəhərində təşkil edilmiş təlimdə iştirak etmişlər 

Mubarizciler.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Prokurorluq əməkdaşlarının peşə hazırlığının artırılması, bu sahədə müvafiq qabaqcıl təcrübəyə sahib beynəlxalq təsisatlarının imkanlarından istifadə edilməsi daim diqqət mərkəzində saxlanılır.

Avropa Şurası və Avropa İttifaqı ilə birgə həyata keçirilən Yaxşı İdarəçilik naminə tərəfdaşlıq (PGG 2) regional layihəsi çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşları bir sıra mühüm tədbirlərdə iştirak edirlər.

Bu tədbirlər çərçivəsində cari ilin 30-31 yanvar tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Əmlakın bərpası və həbsə alınmıış əmlakın idarə olunması” mövzusuna həsr edilmiş təlim tədbiri keçirilib.


Gürcüstan, Moldova və digər dövlətlərin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru Tərlan Kərimov, Elm-Tədris Mərkəzinin böyük prokuroru İradə Xəlilova, həmin Mərkəzin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova təmsil edib.


Təlim zamanı Avropa Şurasının ekspertləri tərəfindən cinayət yolu ilə əldə edilmiş vəsaitlərin izlənməsi, habelə cinayət təqibi zamanı həbsə alınmış əmlakın idarə olunması sahəsində mütərəqqi üsullar, qabaqcıl təcrübələr və mövcud çağırışlar barədə təqdimatlar keçirilib.


Tədbirdə Azərbaycanda bu sahədə həyata keçirilən institusional və funksional islahatlar barədə iştirakçılara məlumat verilib.


Sonda iştirakçıları maraqlandıran suallar ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

İştirakçılar tərəfindən təlimdə əldə edilmiş bilik və bacarıqların ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan analoji təlimlərdə istifadəsi nəzərdə tutulub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar