Xəyal Məmmədov: Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rola malikdir
Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rola malikdir
Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə bərabərhüquqlu münasibətlərin inkişaf etdirilməsi prioritetdir. Bu prinsip əsasında siyasət yürüdən dövlətimizin dünyada dostları davamlı olaraq artır. Belə ölkələrdən biri də Avropa İttifaqının üzvü olan Macarıstandır. Prezident İlham Əliyevin yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə Macarıstana rəsmi səfəri yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verdi. Səfər zamanı aparılan müzakirələr, imzalanan dövlətlərarası sənədlər də bunu deməyə əsas verir”.
Cənab Prezident İlham Əliyevin Macarıstanda yüksək səviyyədə qarşılanması və əldə olunan razılaşmalar dövlətimizin gücündən və birbaşa cənab prezidentin nüfuzundan, ona olan inam və etibardan qaynaqlanır. Çünki Azərbaycan digər ölkələrlə münasibətlərində hər zaman səmimi və qətiyyətli olub. İmzalanan sənədlərin icrası və əldə olunan razılaşmaların icrasına yüksək həssaslıq və məsuliyyətlə yanaşıb. Təsadüfi deyil ki, bir sıra ölkələrin, hətta Avropa ölkələrinin prezidentləri belə dövlət başçısı İlham Əliyevlə bağlı fikirlərində ondan öyrənəcəkləri çox məlumatların və təcrübələrin olduğunu, onun sözünün də imzası qədər gücü malik olduğunu bildirirlər. Macarıstanla əlaqələrimiz də bu baxımdan səmimiyyətə və sağlam təməllərə dayanır. İstər Macarıstan Prezidenti xanım Katalin Novakla, istərsə də Baş nazir Viktor Orbanla keçirilən görüşlərdə bu fakt bir daha vurğulanıb: “Macarıstanla bir çox sahələrdə əməkdaşlığımız uğurla davam edir. Belə ki, uzun illər apardığımız uğurlu siyasət enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rola malikdir. Səfər çərçivəsində enerji sahəsində uzunmüddətli işbirliyinə imkan yaradacaq müvafiq Anlaşma Memorandumunun imzalanması isə enerji sahəsində gələcək əlaqələrin və imkanların daha da artırılacağına önəmli əsas verəcək. Bununla da iki ölkə arasında əlaqələr daha yeni bir dövrə qədəm qoyaraq, daha geniş hədəfləri reallığa çevirəcək”.
Ölkələrimiz arasında təhsilin inkişafı istiqamətində də mühüm proqramlar həyata keçirilir. Bunun nəticəsidir ki, onlarla gəncimiz Macarıstan hökumətinin müvafiq təqaüd proqramları ilə bu ölkədə təhsil alaraq öz bilik və bacarıqlarını artırır: “Əməkdaşlıq əlaqələrindən söhbət açarkən mina təhlükəsizliyi ilə bağlı nəzərdə tutulan əməkdaşlıqdan da danışmaq vacibdir. Bildiyimiz kimi, tarixi ərazilərimiz işğaldan azad edildikdən sonra orada yenidənqurma işlərinə start verilib və proses təxirəsalınmadan icra olunur. Lakin təəssüflə qeyd etməliyik ki, prosesin gedişinə mane olan əsas səbəb ermənilər tərəfindən 30 ilə yaxın müddətdə orada basdırdığı minalardır. Hansı ki, müharibədən sonra da yüzlərlə hərbçi və dinc vətəndaşımız bu mina terrorunun qurbanı olub. Dövlətimizin qarşısında dayanan həlli vacib məsələlərdən, vəzifələrdən biri də həmin ərazilərin ən qısa zamanda minalardan təmizlənməsidir. Macarıstanla gələcəkdə bu məqsədlə əməkdaşlıq imkanlarının yaradılması olduqca təqdirəlayiqdir”.
Xəyal Məmmədov,
Yeni Azərbaycan Partiyasın Goranboy rayon təşkilatının fəalı.
Xəbəri paylaş