Xəbər lenti

Cavid Allahverdiyev dünyasını dəyişdi - FOTO

Tarix: 04-02-2023 11:08     Baxış: 1 788

Azərbaycan Autizm Assosiasiyasının baş katibi Cavid Allahverdiyev ötən gecə qəfildən dünyasını dəyişib.

Bu barədə məlumatı mərhumun dostları sosial şəbəkədə paylaşıblar.

Onun ürəktutmasından vəfat etdiyi bildirilir.

42 yaşlı C.Allahverdiyev həm də idman jurnalisti kimi tanınırdı. O, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) İcraiyyə Komitəsinin üzvü idi.

Mərhum "Sportsman" jurnalının əməkdaşı olmaqla yanaşı, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasında (AİPS) da təmsil olunurdu.

Allah rəhmət eləsin.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar