Xəbər lenti

Yol-nəqliyyat hadisəsi zamanı həlak olan bir ailənin 4 üzvü dəfn olunub

Tarix: 04-02-2023 02:35     Baxış: 1 545

Dünən Bərdədə yol-nəqliyyat hadisəsi zamanı həlak olan bir ailənin 4 üzvü dəfn olunub.
Mubarizciler.az apa-ya istinadən bildirir ki, ailə üzvləri - Məhərrəm Baxşəliyev, həyat yoldaşı Xalidə Kərəmova, övladları İlkin Baxşəliyev və Məftunə Baxşəliyeva bu gün torpağa tapşırılıblar.
Qəza zamanı xəsarət alan ailənin kiçik övladı Fəridə Baxşəliyeva xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəza dünən Yevlax-Ağdam-Laçın yolunun təmir olunan 37-ci kilometrliyində, Bərdə rayonu ərazisində baş verib.
"VAZ 2121" ("Niva") və "Mercedes Benz" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər - Quliyev Ceyhun Arif oğlu (1988), Baxşəliyev İlkin Məhərrəm oğlu (1995), Kərəmova Xalidə İsa qızı (1972), Baxşəliyev Məhərrəm Nüsrət oğlu (1968), Baxşəliyeva Məfdunə Məhərrəm qızı (1998) ölüb. 2001-ci il təvəllüdlü Baxşəliyeva Fəridə Məhərrəm qızı müxtəlif bədən xəsarətləri alaraq Bərdə Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar