Xəbər lenti

Göyüş Nağıyev: Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkədir

Tarix: 03-02-2023 22:23     Baxış: 1 183

Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkədir

   Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılmış xarici siyasəti uğurla davam etdirən ölkə başçısı İlham Əliyevin apardığı strategiyanın prioritet istiqamətləri TVndən biri kimi Macarıstan Respublikası ilə münasibətlərin inkişafına xüsusi diqqətin ayrılması siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlıq əlaqələrinin yeni mərhələyə daxil olmasını təmin etmişdir. 

Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 27-də qurulmuşdu. Ulu Öndər Heydər Əliyevin Macarıstana ilk işgüzar səfəri (ATƏT-in Zirvə Toplantısı) 1994-cü il dekabr ayında, növbəti səfərlər isə Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci il 18-19 fevral, 2009-cu il 26-27 yanvar, 2011-ci il 10-12 noyabr və 2014-cü il 11-12 noyabr tarixlərində həyata keçirilmişdir.

Cari il yanvarın 30-da Macarıstanda növbəti rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatnda bildirmişdir ki, “ Bu gün imzalanan strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqləyir. Bu, strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəddir və bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar”.

Dövlət başçımız xüsusilə qeyd etmişdir ki, “ Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün də çox güclü zəmin yaratdı. Vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır. Keçən il Avropa Komissiyası ilə imzaladığımız sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var. Çox şadam ki, vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Biz bu barədə də müzakirələr apardıq. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək”


Göyüş Nağıyev,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar