Xəbər lenti
25-07-2026, 19:27
 

Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə illik hesabat iclası keçirildi - FOTO

Tarix: 03-02-2023 17:03     Baxış: 3 541

Goranboy şəhər  inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə  illik hesabat iclası  keçirildi.

 “2022-ci ildə görülmüş işlər və 2023-cü ildə qarşıda duran vəzifələr”  ilə bağlı, inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərdə hesabat yığıncaqlarının keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyəti tərəfindən əvvəldən müəyyən edilmiş müvafiq Qrafikə uyğun olaraq,  Goranboy şəhər  inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə  hesabat iclası keçirildi.

 Mubarizciler.az xəbər verir ki, Hesabat iclasında rayon İcra Hakimiyyətinin Başçısı, rayonun digər rəhbər şəxsləri, yerli icra nümayəndəsi və bələdiyyə, ərazidə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Hesabatda 2022-ci il  ərzində Ölkəmizin və rayonumuzun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əldə olunmuş nailiyyətlər və cari ildə həlli vacib məsələlər barədə məruzə edilmişdir. İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin və yerli bələdiyyənin illik hesabatları dinlənildikdən sonra hesabat ətrafında geniş müzakirələr aparıldı, yerli sakinlərin problem və təklifləri dinlənildi və ərazidə həlli vacib məsələlərlə bağlı, rayon İcra Hakimiyyəti Başçısı qarşısında təkliflərlə çıxış edilməsi məqsədəmüvafiq hesab edildi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar