Goranboy rayonunda “2 fevral - Azərbaycan Gəncləri Günü” ilə bağlı tədbir keçirildi
Goranboy rayonunda “2 fevral - Azərbaycan Gəncləri Günü” ilə bağlı tədbir keçirildi.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin, rayonun digər rəhbər şəxslərinin, bir qrup rayon ziyalılarının və gənclərinin iştirakı ilə, “2 fevral-Azərbaycan Gəncləri Günü” ilə bağlı tədbir keçirildi.
Mubarizciler.az xəbər verir ki, Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Goranboy rayon Olimpiya İdman Kompleksinin akt zalında davam etdirildi.
Tədbir iştirakçıları öncə, tədbirlə bağlı hazırlanmış xüsusi videoçarxı izlədilər. Tədbirdə çıxış edən İcra Başçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə gənclər siyasətinin uğurla həyata keçirildiyini, gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunduğunu, onların faydalı məşğulluğunun təmin edilməsini və dövlət idarəçiliyi sistemində iştirakının daha da artırılması istiqamətlərində işlərin görüldüyünü, xüsusən də 44 günlük Şanlı Vətən müharibəsində gənclərimizin - Şəhid və Qazilərimizin fədakarlığını, vurğuladı. Tədbir çərçivəsində, bir qrup fəal gənclər tərəfindən səsləndirilən sualların İcra Başçısı tərəfindən səmimi cavablandırılması xüsusi maraqla qarşılandı. Sonda müxtəlif sahələrdə çalışan bir sıra gənc uğurlu xidmətlərinə görə Goranboy rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları ilə təltif edildilər.
Xəbəri paylaş