Xəbər lenti
18-11-2024, 12:06
 

DƏMİR YUMRUQ qələbədə həlledici rol oynadı - İlqar Məhərrəmov

Tarix: 01-02-2023 23:19     Baxış: 1 852

DƏMİR YUMRUQ qələbədə həlledici rol oynadı


44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfər sübut etdi ki, müstəqil Azərbaycan dövləti artıq milli qürurumuzu istənilən gücün və düşmən dairələrin məkrli qəsdlərindən qorumağa, ərazi bütövlüyünü təmin etməyə qadirdir. Bu tarixi nəticəyə görə xalqımızın möhtəşəm birliyinə, qəhrəman ordumuza, bu birliyi və gücü “dəmir yumruğ”a çevirməyə müvəffəq olan Prezident, Ali Baş Komandan İlham Əliyevin lider keyfiyyətlərinə borcluyuq. Xalq –Ordu–Lider birliyi Azərbaycanın misilsiz qələbə düsturudur.

Bəs görəsən, necə olmuşdur ki, 35 il əvvəl Xankəndidə erməni se¬paratizminin baş qaldırması, sonrakı illərdə Qarabağın işğal olunması, milli qürurumuza qəsd və milli kimliyimizin aşağılanması ilə nəticələnmişdi. Ötən illərdə bu uzunsürən məğlubiyyəti mümkün etmiş səbəblər toplusunu, görəsən, nəhayət, öyrənə bildikmi? Görəsən, bildiklərimizdən və bu illər ərzində yaşadıqlarımızdan dolğun nəticə çıxarmışıqmı?

Axı, milli faciələrimizə səbəb olmuş bir çox hadisələr elə də uzaq keçmişdə baş verməyib. Qarabağ münaqişəsinin başlanğıcında Azərbaycan rəhbərliyinin başında duranlar bir hakimiyyət kürsüsünə görə Kremlin qarşısında mütilik göstərdilər və nəticədə erməni separatizmi böyüyüb Qarabağda həlledilməz münaqişəyə və qanlı müharibəyə çevrildi.

O zaman ölkəmizə rəhbərlik edənlər qısqanc siyasətçilər yenə də öz kreslolarına görə, ermənipərəst Qorbaçovun diktəsi və tapşırığı ilə milli maraqlarımızı unudub ümummilli lider Heydər Əliyev şəxsiyyətinə qarşı savaş açdılar, davamlı şəkildə onu təqib etdilər. Çünki Mixail Qorbaçovdan üzüyola alət kimi istifadə edən erməni əsilli köməkçiləri çox yaxşı bilirdilər ki, Heydər Əliyev hakimiyyətə qayıdarsa, Qarabağa aid bütün məkrli planları alt-üst edəcək. 90-cı illərin əvvəlində isə yalnız Heydər Əliyev şəxsiyyətinə görə “yaş senzi” məsələsi ortalığa atıldı.

Ulu öndərin Azərbaycana rəhbərliyi dövründə erməni separatizmi dizini yerdən qaldıra bilməmişdi. 


Erməni separatçılığına şərait yaradan və Qarabağın işğalını mümkün edən əsas səbəblərdən biri də ümum¬xalq birliyinə nail ola bilməməyimiz idi. 


Vacib olan odur ki, necə olursa-olsun, Qələbəmizin açarı olan Xalq–Prezident–Ordu birliyinə nail olundu. Hamı tək yumruq altında birləşdi. 


Vətənin çörəyini yeyib onun maraq¬larına qarşı çıxanlara ulu öndər Heydər Əliyevin bu müdrik kəlamını xatırlatmaq istərdim: “Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz”. İngilis dövlət xadimi Uinston Çörçillin də dəyərli kəlamlarından birini xatırlat¬mağa dəyər: “Böyük hadisələr və kiçik insanlar dövründə yaşayırıq”. Görünən odur ki, nə qədər təəssüflənsək də, deyəsən, indi də belədir – böyük hadisələrə başını soxan kiçik adamlar az deyil. Tarixdə böyük şəxsiyyətlərin rolunu inkar etməklə özünütəsdiq yolunu seçən kiçik insanların fonunda isə qalib liderlər, müzəffər komandanlar daha əzəmətli görünür.

Sonda Azərbaycanın qalib dövlət, xalqımızı qürurlu vətəndaşlar ol¬ması yolunda qurban getmiş bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, uzun ömür diləyirəm.


İlqar Məhərrəmov, 

Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar