Xəbər lenti
29-09-2025, 19:37
 

SON DƏQİQƏ: Məktəb direktoru həbs edildi

Tarix: 01-02-2023 21:46     Baxış: 1 753

Məktəb direktoru həbs edilib

Masallıda məktəb direktoru həbs edilib.

APA xəbər verir ki, Masallı rayon Musaküçə kənd F.Xancanov adına tam orta məktəbinin direktoru Cahangirov İlqar Abbas oğlu həbs edilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, İlqar Cahangirov 31 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2,179.2.3,179.2.4, 308.1 və 313-cü maddələri (ötən il Maliyyə Nazirliyinin həmin məktəbdə apardığı yoxlamanın nəticəsi və vətəndaşlardan işə götürmək adı ilə aldadaraq külli miqdarda pul alması) ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində Masallı rayon prokurorunun təqdimatı əsasında Masallı rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, İlqar Cahangirov 2016-cı ildən Musaküçə kənd F.Xancanov adına tam orta məktəbinin direktoru vəzifəsində çalışıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar