Xəbər lenti

SON DƏQİQƏ: Gömrük rəhbərliyi işdən azad edildi - FOTO

Tarix: 01-02-2023 19:07     Baxış: 1 213


Ukrayna Nazirlər Kabineti gömrük orqanları rəhbərliyini vəzifəsindən azad edib.

Dövlət Gömrük Xidmətinin sədri vəzifəsini icra edən Vyaçeslav Demçenko və onun iki müavini işdən uzaqlaşdırılıblar.

Bu barədə deputat Aleksey Qonçarenko öz “Telegram” kanalında məlumat verib.

“Nazirlər Kabineti gömrük orqanlarının rəhbər heyətini işdən azad etdi. Demçenko və onun müavinləri Şutski və Çerkasski vəzifələrindən uzaqlaşdırıldılar”, - deyə Qonçarenko bildirib.

O, həmçinin qeyd edib ki, Gömrük Xidmətinin sədri vəzifəsinin yeni icraçısı hazırkı sədr müavini Sergey Zvyagintsev olacaq.

Xatırladaq ki, Dövlət İstintaq Bürosu gömrükdə bir sıra cinayətləri ifşa edib ki, bunlar dövlətə təxminən 400 milyon qrivna dəyərində ziyan vurub.

Ümumilikdə 2022-ci ildə Dövlət İstintaq Bürosu əməkdaşları tərəfindən gömrük sahəsində cinayətlərə görə 576 cinayət işi araşdırılıb, nəticədə 156 şəxs şübhəli bilinib, 119 şəxs barəsində isə 110 ittiham aktı məhkəməyə göndərilib.

Mənbə: UNİAN



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar