Xəbər lenti
26-09-2026, 12:29
 

“Təhsil bələdçisi” layihəsi çərçivəsində təlimçi müəllimlərlə görüş keçirilib - FOTOLAR

Tarix: 01-02-2023 12:43     Baxış: 1 680


“Təhsil bələdçisi” layihəsi çərçivəsində təlimçi müəllimlərlə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, bununla bağlı regional təhsil idarəsinin mətbuat xidməti məlumat yayıb.


Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə buraxılış siniflərində təhsil alan şagirdlərə maarifləndirici təhsil dəstəyi göstərilməsi məqsədi ilə həyata keçirilən “Təhsil bələdçisi” layihəsi çərçivəsində təlim və seminarlar davam etdirilir.

Gəncə şəhər, Goranboy, Göygöl, Daşkəsən və Samux rayonlarında çalışan təhsilverənlərin iştirakı ilə keçirilən seminarda  “DİM-in təşkil etdiyi buraxılış imtahan suallarının cavablandırılması qaydaları və imtahanda vaxtın idarə olunması texnikası” mövzusunda təqdimat nümayiş etdirilib və mövzu ilə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, fevral ayı ərzində regional təhsil idarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin hər birində “Təhsil bələdçisi” layihəsi ilə bağlı təlimlər keçiriləcəkdir.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar