Xəbər lenti

ABŞ Kiyevə yeni yardım paketi elan edəcək

Tarix: 31-01-2023 22:13     Baxış: 1 161


ABŞ tezliklə Ukraynaya əlavə yardım göstərəcəyini elan edəcək.

Mubarizciler.az xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.

"Mən tezliklə daha çox təhlükəsizlik yardımı elan edəcəyimizi gözləyirəm", - deyə Ağ Evin sözçüsü Olivia Daltond bildirib.

Jurnalistlərin ABŞ-ın Ukraynaya F-16-ları göndərib-göndərməyəcəyi ilə bağlı sualına Dalton prezident Co Baydenin “yox” cavabını təkrarlayıb və Vaşinqtonun artıq Ukraynaya verdiyi çox milyardlıq yardımı xatırladıb.

 

Dalton vurğulayıb ki, Birləşmiş Ştatlar Ukrayna rəsmiləri ilə müntəzəm əlaqə saxlayır və Kiyevin ehtiyac duyduğu yardımı onlarla müzakirə edir.

 

Həmçinin bildirilib ki, ABŞ indiyədək Ukraynaya 26,7 milyard dollar yardım edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar