Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Muxtar Babayev Naftalanda vətəndaşları qəbul edib

Tarix: 31-01-2023 17:17     Baxış: 1 267

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 31 yanvar 2023-cü il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edi

Mubarizciler.az xəbər verir ki, qəbuldan əvvəl nazir və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 

 

Muxtar Babayev Naftalanda vətəndaşları qəbul etdi - FOTOMuxtar Babayev Naftalanda vətəndaşları qəbul etdi - FOTO



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar