Xəbər lenti
25-07-2026, 19:27
 

Netanyahu: Dünya İranın əsl üzünü gördü

Tarix: 31-01-2023 01:28     Baxış: 1 336

İsrail və ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün Tehrana qarşı birgə səylərini artıracaq.

Mubarizciler.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Entoni Blinkenlə Qüdsdə keçirdiyi görüşdən sonra deyib.

“Hesab edirəm ki, İran rejiminin nüvə silahı əldə etməməsi ilə bağlı ümumi konsensus var. Ortaq siyasətin işlənib hazırlanması və təhlükənin qarşısının alınması üçün birgə səylər barədə söhbətimiz oldu. İsrail əlindən gələni edir ki, İranın nüvə silahı və onların çatdırılma vasitələri əldə etməsinin qarşısını alsın”, - baş nazir bildirib.

Onun sözlərinə görə, ABŞ dövlət katibinin İsrailə səfəri dünya ictimaiyyətinin İranın əsl üzünü gördüyü vacib məqama təsadüf edib.

“Bu rejimin öz xalqına qarşı vəhşiliyini gördülər, öz sərhədlərindən və Yaxın Şərqdən kənara necə zorakılıq ixrac etdiyini gördülər”, - Netanyahu vurğulayıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar