Xəbər lenti

Səhiyyə Nazirliyi uşaqlar arasında yayılan virusla bağlı valideynlərə çağırış edib

Tarix: 31-01-2023 00:35     Baxış: 1 133


“Virusun kəskin dövrü var və ilk 5-6 gün kəskin dövr sayılır”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.

O bildirib ki, bu müddət bitəndən sonra insanda baş, göz, qulaq ağrısı varsa, bu bakterial ağrı sayılır: “Bu zaman həkimə müraciət etmək və müalicə almaq lazımdır”.

Ə.Quliyev vurğulayıb ki, uşaqlarda temperaturun 5-gündən çox davam etməsi təhlükəlidir.

O deyib ki, uşaqlarda 4-5-gündən artıq temperatursalan dərman istifadəsinə baxmayaraq, temperatur düşmürsə, müayinədən keçirmək, qan və sidik analizi vermək lazımdır: “Ondan sonra nəticələr dəyərləndirməlidir. Yəni temperaturun 5-gündən çox düşməməsi təhlükəlidir”.

Ə.Quliyev son zamanlar uşaqlar arasında geniş yayılmış dodaqların quruyub-çatlaması halına da aydınlıq gətirib. Pediatr söyləyib ki, bu, kəskin hava dəyişikliyi ilə əlaqədardır.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti bildirib ki, həmçinin uşaqların dil ilə dodaqlarını quruması yüksək temperatur zamanı ola bilər: “Bu zaman valideynlər uşaqların dodaqlarına rəngsiz nəmləndirici dodaq boyası çəksinlər”.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar