Xəbər lenti
25-07-2026, 19:27
 

Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb

Tarix: 31-01-2023 00:22     Baxış: 1 495


Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirlərdə döyüş bayrağı sıra meydanına gətirilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Çıxış edənlər müdafiə nazirinin yeni tədris dövrünün başlanması ilə bağlı əmr və tələblərini, Azərbaycan Ordusunun qarşında duran vəzifələri, eləcə də digər məsələləri şəxsi heyətin diqqətinə çatdırıblar.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu tələblərə əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanmasını təmin etmək məqsədilə cari tədris ilində əsas diqqət qabaqcıl metodlardan və yüksək texnologiyadan geniş istifadə etməklə qoşunların idarəedilməsində operativliyin artırılması, bölmələr arasında uzlaşmanın təşkili, hərbi qulluqçuların peşəkarlığının daha da yüksəldilməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldiləcək.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar