Xəbər lenti
14-09-2024, 21:36
 

Borsunlu kənd Mədəniyyət Evində 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə "Gənclər bizim gələcəyimizdir" adlı dəyirmi masa keçirilib - FOTO

Tarix: 30-01-2023 19:40     Baxış: 1 144

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Borsunlu kənd Mədəniyyət Evində  2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə "Gənclər bizim gələcəyimizdir" adlı  dəyirmi masa keçirilib.

Keçirilən tədbirdə Balakürd kənd Mədəniyyət Evi,Qırıxlı, Həmənli, Gülməmmədli, Qazançı, Şıxlar, Qarasuçu, Nadirkənd və Kələk kənd Diyarşünaslıq Klublarının nümayəndələri, Goranboyun Sosial İqtisadi İnkişafı Naminə İctimai Birliyin sədri Rəhman Quliyev və məktəblilər iştrak etmişdir.

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəüiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən Borsunlu kənd Mədəniyyət Evinin direktoru Gülnar Abdullayeva  Gənclər Günü münasibətilə iştirakçıları səmimi qəlbdən təbrik edib. 

Bildirib ki, ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən gənclər siyasətinin əsasının qoyulması, bu siyasi kursun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan gəncliyi bir yumruq kimi dövlət başçısının ətrafında birləşərək Rəşadətli Ordumuzun tabeliyində Vətən müharibəsində böyük şücaətlər göstərdi. 

Qəhrəman övladlarımız fədakarlıq nümayiş etdirərək əzəli və əbədi torpaqlarımızı düşmən işğalından həmişəlik azad etdilər və bizə tarixi Qələbəmizi bəxş etdilər.

Elçin Tağıyev  çıxışında intellektual, savadlı, vətənpərvər gəncliyin yetişdiyini qeyd edərək, ölkəmizin gələcək inkişafında gəncliyin üzərinə böyük vəzifələrin düşdüyünü diqqətə çatdırıb. Fevralın 1-də dövlətimizin başçısı tərəfindən imzalanmış “2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" Sərəncamdan danışan Adil Əliyev bu sənədin ölkəmizdə gənclər siyasətinə verilən yüksək qiymətin əyani təcəssümü olduğunu bildirib.

Dəyirmi masada çıxış edən Rəhman Quliyev  ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin gənc nəslin formalaşmasındakı müstəsna əhəmiyyətindən danışıb.

Daha sonra gəncləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb. 

Gənclər ölkəmizdə onlara yaradılmış geniş imkanlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirin yekununda Borsunlu kənd Mədəniyyət Evində gənclərimizin hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar