Ülfət Əmiraslanov: Davos Forumu da xüsusi əhəmiyyətilə yadda qaldı
Davos Forumu da xüsusi əhəmiyyətilə yadda qaldı
“Davos Forumu dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, böyük şirkətlərin rəhbərlərinin, biznes sektorunun aparıcı nümayəndələrinin təmsil olunduğu qlobal forumdur. Davos Forumunun məqsədi dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri səmərəli dialoqa və əməkdaşlığa cəlb etmək, onların arasında əlaqə yaratmaq və yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, bu istiqamətdə müzakirələr aparmaqdır.
Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya Orta Dəhlisi: Yoldan magistrala” mövzusunda keçirilən panel iclasında iştirakı ölkəmizin beynəlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir və bu gün Azərbaycan qətiyyətli mövqe nümayiş etdirərək dünyanın siyasi, iqtisadi arenasına uğurla inteqrasiya etməkdədir. Forumda dünyanın 130 ölkəsindən rekord sayda - 2700-dən artıq tanınmış şəxs, eyni zamanda 52 dövlət və hökumət başçısı iştirak edirdi. Sevindirici haldır ki, Azərbaycan da bu forumda ən yüksək səviyyədə təmsil olunur”.
Forumda xarici şirkətlərin rəhbərləri və dövlət rəsmirləri ilə keçirilən məsuldar görüşlər ölkəmizin gələcək iqtisadi inkişafına öz müsbət töhfələrini verəcəkdir.
Qeyd edək ki, Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur.
Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir ki, dünya dövlətləri ilə mövcud əlaqələrimiz daha da dərinləşməkdədir və ölkəmiz önəmli regional aktora çevrilib.
Xüsusilə qeyd etmək lazımdır ki, Tranzit ölkəsi olmaq üçün Azərbaycanda nəqliyyat infastrukturunun yenidən qurulması, inkişaf etdirilməsi və müasir tələblərə cavab verməsi üçun irimiqyaslı, uğurlu və yaddaqalan layihələr reallaşdırılmışdır. Eyni zamanda, iqtisadiyyatımızın inkişaf etdirilməsi sahəsində də məqsədyönlü və nəhəng işlər görülüb.
Cənab Prezident İlham Əliyevin bu forumda iştirakı Azərbaycanın həm regionda, həm də dünya miqyasında artan rolunun və Prezident İlham Əliyevin şəxsinə yetirilən diqqətin bariz nümunəsidir. Azərbaycan dünyada cəmi üç-dörd ölkədən biridir ki, son 15-20 ildə adambaşına düşən sərvəti iki dəfədən çox artıra bilib. Bu nailiyyət dövlət və xalq, iqtidar və xalq birliyinin, vəhdətinin sayəsində əldə olunub. Prezidentimizə sual veriləndə ki, Siz bu sabitliyə necə nail olursunuz, dövlətimizin başçısı deyirdi ki, bizim fəaliyyətimizin kökündə Azərbaycan xalqı dayanır, onun rifahı və xoşbəxt yaşaması dayanır və biz də bütün fəaliyyətimizi xalqımızın firavanlığına, dövlətimizin sabitliyinə və inkişafına yönəldirik. Bu, bizim uğurlarımızın rəhnidir, bu, bizim uğurlarımızın kökündə duran əsas amildir.
Ülfət Əmiraslanov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı
Xəbəri paylaş