Xəbər lenti

Lotereya adı altında qadınları aldatmaqda şübhəli bilinən şəxslər saxlanılıblar - FOTO

Tarix: 30-01-2023 12:17     Baxış: 806


Naxçıvan şəhər və Şahbuz rayonu ərazilərində məişət əşyalarını aldatma yolu ilə dəyərindən baha qiymətə lotereya uduşu adı altında satmağa çalışan şəxslər müəyyən ediliblər.

Bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Şamaxı rayon sakinləri - Səfər Əsədov və Namiq Əsədov saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Araşdırmalarla onların həmin ərazilərdə tanımadıqları həyətlərə girərək, əsasən də qadınlara lotereya uduşu adı ilə 30-50 manatlıq məişət əşyalarının 100-500 manata satdıqları aşkarlanıb. Onların əməllərindən zərər çəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyə olunur.

Faktla bağlı araşdırmalar davam edir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar