DAVOS İQTİSADİ FORUM AZƏRBAYCAN ÜÇÜN MÜHÜM ƏHƏMİYYƏT KƏSB EDİR
DAVOS İQTİSADİ FORUM AZƏRBAYCAN ÜÇÜN MÜHÜM ƏHƏMİYYƏT KƏSB EDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvar ayında Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Davosda kecirilən tədbirlərə qatılıb. Qeyd edək ki,bu il Davos Forumunda rekord sayda - 130 ölkədən 2 700-ə qədər nümayəndə iştirak edirdi. 50-dən çox ölkənin dövlət və hökumət başçısı, yüzlərlə şirkətlərin rəsmiləri ikitərəfli əlaqələr qurmaq üçün Davos Forumunda iştirak edirlər. Panel iclasda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev çıxış etmişdir. Çıxışı zamanı cənab Prezident Orta Dəhlizin üstünlükləri barəsində məlumat vermişdir. Cənab Prezident bildirmişdir ki, Orta Dəhlizin üstünlüklərindən biri də ondan ibarətdir ki bu nəhəng layihədə iştirak edən bütün ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir.Hesab edirəm istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Həmçinin möhtərəm Prezidentimiz çıxışı zamanı Azərbaycanın Avropanın artan qaz təlabatınınn ödənilməsi barəsində bildirmişdir ki, Azərbaycanın Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün gərgin çalışır. TANAP-ı16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP -ı10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməliyik. TAP yalnız iki il bundan öncə açılmışdır. Lakin indi biz həcmi genişləndirməliyik. Beləliklə əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq.
Göründüyü kimi Azərbaycanın həyata keçirdiyi iqtisadi, ticari, enerji layihələri yalnız bir Azərbaycan üçün deyil, eyni zamanda Cənubi Qafqazın, Avropanın artan iqtisadi və ticari təlabatlarının ödənilməsinə yönəldilmiş və bütün tərəflər layihələrin nəticələrindən razılıq ifadə etməklə yanaşı, məmnunluq hisslərini nümayiş etdirir. Bu siyasət, gerçəkləşən layihələr heç şübhəsiz ki Azərbaycan beynəlxalq aləmdə artan iqtisadi və siyasi gücündən xəbər verir. Azərbaycan artan iqtisadi gücünün və hörmətli Prezidentimizin həyata keçirdiyi məqsədyönlü xarici siyasətin nəticəsidir ki, bütün dünya ölkələri Azərbaycanı özü üçün ən etibarlı tərəfdaş və müttəfiq kimi görürlər.
Vasif Adıgözəlov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı
Xəbəri paylaş