Xəbər lenti
22-09-2024, 20:46
 
22-09-2024, 20:43
 

Deputat: Azərbaycan səfirliyinə hücum ölkəmizin ərazi bütövlüyünə qarşı hörmətsizlikdir

Tarix: 27-01-2023 17:53     Baxış: 621



Yanvarın 27-də Azərbaycana münasibətdə beynəlxalq hüquq kobud şəkildə pozulub. Belə ki, səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Bu hücum həm yerli, həm də beynəlxalq hüquqa əsasən cinayət sayılır. Çünki İrandakı diplomatik missiyanın binası Azərbaycanın ərazisidir.
Bu fikirləri Mubarizciler.az-a  açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
O bildirib ki, səfirlik, konsulluq və başqa bu tip diplomatik nümayəndəliklərin fəaliyyəti 1961-ci il aprelin 18-də qəbul edilmiş “Diplomatik münasibətlər haqqında” Vyana Konvensiyası ilə tənzimlənir. Konvensiyanın 22-ci maddəsində yazılıb: “Nümayəndəliyin binaları toxunulmazdır. Qəbul edən dövlətin hakimiyyət orqanları nümayəndəlik rəhbərinin razılığı olmadan bu binalara daxil ola bilməzlər".
“Konvensiyanın 25-ci maddəsində isə göstərilib ki, qəbul edən dövlət diplomatik missiyanın funksiyalarını yerinə yetirməsi üçün bütün şəraiti yaratmalıdır. Beləliklə, Azərbaycanın İrandakı səfirliyinə edilən hücum birbaşa ölkəmizin ərazi bütövlüyünə qarşı hörmətsizlik və terror aktıdır.
Biz artıq uzun zamandır müşahidə edirik ki, Azərbaycanın tarixi Zəfərindən sonra İran ölkəmizə qarşı münasibətlərdə açıq düşmənçilik mövqeyinə keçib. Ümumiyyətlə, Azərbaycanın ortaq tarixi keçmişə malik olduğu İranla münasibətləri heç zaman hamar yolla getməyib. Azərbaycan balanslaşdırılmış siyasət yeridən, bütün dünya ölkələri ilə normal münasibətlər saxlamağa can atan dövlət olsa da, bir sıra hallarda bəzi qonşu ölkələr dövlətimizə düşmən münasibətindən əl çəkmir. İran da məqsədyönlü və açıq təxribatları davam edərək, eyni zamanda, özünü "İslam dövləti", "müsəlman təəssübkeşi", Azərbaycanın "mehriban qonşusu" kimi təqdim etməyə çalışır. Bu proses bu gün davam edir”, - deyə Anar Məmmədov diqqətə çatdırıb.
Deputat vurğulayıb ki, İranda baş vermiş terror hadisəsini törədən cinayətkarlar məsuliyyətə cəlb edilməli, qanun qarşısında cavab verməlidirlər. Əgər İran tərəfi bunu etməyə qadir olmasa, o zaman Azərbaycan cinayət qanununun ölkə ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsini müəyyən edən 12-ci maddəsinə əsasən, bu cinayətkarları məhkum etmək bizim haqqımızdır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar