Xəbər lenti
25-07-2026, 19:27
 

Rekord göstərici: 11 milyon quş kütləvi şəkildə məhv edilib

Tarix: 26-01-2023 20:01     Baxış: 976



Yaponiyanın Saytama prefekturasında daha bir quş qripi epidemiyası ocağı qeydə alınıb.

Bununla əlaqədar üç minə yaxın ördəyin məhv edilməsinə başlanılıb.

Bu barədə yerli administrasiya məlumat verib.

Qyoda şəhərindəki quşçuluq fermasında şübhəli hal aşkarlanıb. Ətraflı yoxlama nəticəsində yüksəkpatogenli quş qripinə yoluxma halı təsdiqlənib.

Fermanın ətrafında üç kilometr məsafədə quşların daşınması üçün karantin tətbiq edilib. Binaların və avadanlıqların dezinfeksiyasının bir neçə gün davam edəcəyi bildirilir.

Yaponiyada bu mövsüm xəstəlik səbəbindən məhv edilən quşların ümumi sayı isə 11 milyona yaxınlaşır. Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir.

Mütəxəssislər yoluxmaların artmasının səbəbini köçəri quşların hər zamankından daha tez gəlmələri ilə əlaqələndirirlər.

Mənbə: Lenta.ru



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar