Goranboyda Milli Qəhrəmanlıq zirvəsinə ucalan igidlər adlı tədbir keçirilib - FOTO
MİLLİ QƏHRAMANLIQ ZİRVƏSİNƏ UCALAN
İGİDLƏR.
“QƏHRƏMAN OĞULLAR”
Milli Qəhrəmanlarmızın gənc nəslə örnək olara geniş təbliğ olunmasını əsas götürərək Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Şəhər Kitabxana Filialı 26 yanvar 2023-cü ildə Goranboy rayon 1№ Tam Orta Məktəbində “Qəhrəman Oğullar” adlı tədbir keçirdi.
Mubarizciler.az xəbər verir ki, Tədbir həmin məktəbin İdman müəllimi olmuş, 1990-cı ildə Birinci Qarabağ döyüşləri zamanı ilk Hərbi Batalyon yaradan əslən Goranboylu Milli Qəhrəmanı Maşallah Babakişi oğlu Abdullayevin adına olan sinif otağında Milli Qəhrəmanın qızı Abdullayeva Gülxanım Maşallah qızının rənbərlik etdiyi 11a sinif şagirdləri ilə birlikdə keçirildi. Tədbir Azərbaycan torpaqlarının azadlığı uğrunda Qəhrəmancasına canlarından keçən igid oğulların xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra başladı. Şəhər Kitabxana Filialının multimedia mütəxəssisi Kəmalə İsmayılova azadlıq uğrunda qəhrəmancasına döyüşən igidlərin qəhrəmanlıqlar və Milli Qəhrəman Maşallah Abdullayev haqqında şagirdlərə məlumat verdi. Şəhər Kitabxana Filialının müdiri Nərgiz Məmmədova həvəskar yazar Vüqar Əsgərovun Milli Qəhrəman Maşallah Abdullayevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda göstərdiyi qəhrəmalığı haqqında ”Savaş Üçün Doğulanlar” adlı kitabın təqdimatını etdi. Həmin məktəbin sinif müəllimi Milli Qəhrəmanın qızı Gülxanım Abdullayeva Azərbaycanın bütövlüyü uğrunda igidliklə canlarından keçən oğullara Ölkə Prezidenti İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğısından danışdı və Ali Baş Komandana minnətdarlığını bildirdi. Tədbir 11a sinf şagirdləri Məmmədov Elgün, Xavəri Rəvan və Milli Qəhrəmanın nəvəsi Babayeva Tinatin el şairi əslən Goranboylu Kazım İsa oğlu Kazımovun 1-ci Qarabağ Döyüşündə Goranboyun igid oğlulları haqqında yazmış “Düşmənə Sərtdi Goranboylular” adlı şeirindən parçalar söyləməklə başa çatd.
Xəbəri paylaş