Goranboy rayon Təhsil Şöbəsinə uğur bəxş edən Təhsil Ocağı - FOTO
Goranboy rayon Təhsil Şöbəsinə uğur bəxş edən Təhsil Ocağı.
Son dövürlər Təhsilimizin inkşafı öz bəhrəsini nümaiş etdirməkdə davamlıdır.
Yeni rəhbərin təyin edilməsi göstərilən etimadın şəffaflıqla təmin olunmasıda göz önündədir.
Yolumuz Goranboy rayon Şəhid Rauf Cabbarov adına Şadlı kənd 1-N Tam Orta Məktəbinə düşdü.
2011-ci ildən tikilib 1-korpuslu 2-mərtəbəli 11-sinif otağı 180-yerlik olan bu Təhsil Ocağının direktoru Ülfət Vəli oğlu Əmiraslanov yaradılmış şəraitlə tanış edərək geniş məlumat verdi.
Hazırda 124 şagirdin dərs aldığı 27 pedaqoji kollektivi fəaliyyət göstərdiyi Məktəb müasir standartlara uyğundur.
Məktəbin 5-şagirdi Ali Məktəbə qəbul olmuşdurki, 1 şagird 500 bal toplamışdır.Təhsil Ocağının şagirdi Əhmədova Günel Əhməd qızı Prezident təqaüdçüsü adına layiq görülmüşdür.
Məktəbdə pandemiya qaydalarına ciddi əməl olunur Təhsil Şöbəsi tərəfindən lazımı olan ləvazimatlar göndərilərək daim nəzarətdə saxlanılır.
Rayon Təhsil Şöbəsi tərəfindən imzalanmış əmrlər əsasında tədbirləri pandemiya qaydalarına uyğun şəkildə icra edilir.
Məktəbin giriş foyesində Ulu Öndər Heydər Əliyevin Prezident İlham Əliyev cənablarının və daim Təhsilimizə diqqət və qayğı göstərən Mehriban xanım Əliyevanın misilsiz xidmətlərini əks etdirən foto-guşə nümaiş etdirilmişdir. Bununla yanaşı 1-ci Qarabağ,Aprel və Tovuz doyüşləri, Vətən Müharibəsi Şəhidlərinin keçdiyi şərəfli döyüş yolundan bəhs edən foto-sərgidə öz əksini tapmışdır. Məktəbin bütün siniflərinə Şəhidlərimizin adı verilərək şagirdlərə Şəhidlərin şəkli olan döş nişanları təqdim edilmişdir.
Məktəbdə olduğumuz müddətdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdədə iştrak etdik.
Məktəbin direktoru Ülfət Əmiraslanov onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə Birinci vitse-prezident Mehriban Əliyevaya pedaqoji kollektivi və şagirdlər adından sonsuz minnətdarlığını ifadə etdi. Təhsilimizin inkşafında əlimizdən gələni əsirgəmiyərək gənc nəslin sağlam ruhda yetişməsinə və təhsil alması naminə çalışdıqlarını Ülfət Əmiraslanov diqqətimizə çatdırdı.
Sonda təhsil sahəsində işlədiyi müddətdə qüsursuz xidmətlərinə görə Məktəbin direktoru Ülfət Əmiraslanov tərəfimizdən 8 Noyabr Zəfər Günü "Xarı Bülbül"ün tablosu ilə təltif edildi.
Hörmətli Ülfət Əmiraslanov Sizə və pedaqoji kollektivinizə çətin və şərəfli işinizdə uğurlar diləyirəm.
Elçin Tağıyev
İctimai-fəal,Prezidentə-dəstək,
TV21.azin Baş redaktoru.
Xəbəri paylaş