Xəbər lenti
18-11-2024, 12:06
 

Yolumuz Goranboy rayonunun Borsunlu kəndinə düşdü - FOTO

Tarix: 26-01-2023 18:06     Baxış: 894

Yolumuz Goranboy rayonunun Borsunlu kəndinə düşdü.

Borsunlu kənd 2№ tam orta məktəbinin qonağı olduq.

2000-ci ildən istifadəyə verilmiş 2 mərtəbəli,1korpuslu,18sinif komplekti,240 yerlik olan istismar müddəti bitmiş binada fəaliyyət göstərən təhsil ocağı haqqında məktəbin direktoru Nəzakət Sarı qızı İbrahimova geniş məlumat verdi.

Hazırda məktəbdə 239-şagird dərs alır.

 Məktəbdə karantin otağı,labaratoriya və kitabxana fəaliyyət göstərir.

 Məktəbin giriş foyesi Ulu Öndər Heydər Əliyevin ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan Təhsilinə daim diqqət və qayğı göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın   qayğıları ilə əhatə olunmuş foto-sərgi ilə əhatə olunmuşdur. 

Bununla yanaşı torpaqlarımızın suverenliyi uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış igid oğullarımızında xatirəsi əbədiləşdirilərək xatirə guşəsi yaradılmışdır. 

Qeyd edək ki, məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət hazırlanmış rəsm əsərləri,əl işləri nümaiş etdirilmişdir.

Bütün sinif otaqlarına Şəhidlərimizin adı verilərək onların keçdiyi şərəfli döyüş yolu haqqında məlumatlar dərc edilmişdir və bütün şagirdlərə Şəhidlərimizin şəkili əks olunmuş döş nişanları təqdim edilmişdir.

Məktəbin həyətində ağaclar əkilərək yaşıllıq zolağı salınmışdır.

Məktəbdə pandemiya qaydalarına ciddi əməl olunur və lazımı olan ləvazimatlar RTŞ-i tərəfindən göndərilərək daim diqqətdə saxlanılır.

Məktəbin direktoru N.S.İbrahimova pedaqoji kollektiv şagirdlər və kənd sakinləri adından daim Azərbaycan Təhsilinə diqqət və qayğı göstərən ölkə başçısı cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək Borsunlu kəndindədə müasir standartlara uyğun təhsil ocağının yenidən tikilib istifadəyə verilməsini qeyd etdi. 

Məktəbin direktoru təhsilimizin yeni uğurlarından danışdı. 

Gələcəyimiz olan şagirdlərimizin sağlam ruhda böyüməsi,uğurlara imza ataraq təhsilimizin inkşaf etdirilməsində üzərimizə böyük məsuliyyət düşür deye Nəzakət İbrahimova bildirmişdir.

Bu təhsil ocağında dərs alan şagirdlərimizə daim diqqət və qayğı göstərildiyi diqqətimizə çatdırıld.

2020-21 ci tədris ilində Məktəbi bitirən şagirdlərdən iki nəfəri ali,biri isə orta ixtisas məktəbinə qəbul olmuşdur.

Şagirdlərdən tələbə adını qazanan Gülçin Orucova 496 bal toplamışdır.

Məktəbin şagirdlərindən iki nəfəri Qirmızı atestat almışdır.

Diaqnostik qiymətləndirilmədə rayon üzrə ən yüksək bal toplayaraq Tarix müəllimi Qurban Abbasov Borsunlu kənd 2№ tam orta məktəbin müəllimidir.

Məktəb rəhbərliyinin təşkilatçılığı ilə şagirdlər pedaqoji kollektivlə birlikdə Vətən Müharibəsi Şəhid ailələri,Qazilərinin ailələri ziyarət olunur və görüşlər keçirdilir.

Borsunlu kənd 2№ tam orta məktəbinin  kollektivinə tərəfimizdən

 8 Noyabr Zəfər Günü "Xarı Bülbül"ün xatirə tablosu təqdim edilmişdir.


Bütün kollektivə çətin və şərəfli işində uğurlar diləyirik.

  

 

 

       Elçin Tağıyev;

İctimai-fəal,Prezidentə-dəstək,TV21.azın Baş redaktoru.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar