Xəbər lenti
Bu gün, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 
14-08-2026, 12:31
 

Hərbi hissədə XTQ-nin yaradılması günü qeyd edildi - FOTOLAR 0

Tarix: 30-04-2023 15:58     Baxış: 1 491

Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə hərbi hissədə ulu öndər Heydər Əliyevin büstü və şəhidlər abidəsi ziyarət olunub, əklil və gül dəstələri qoyulub.

Sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının ildönümü münasibətilə Müdafiə nazirinin təbriki şəxsi heyətə çatdırılıb.

Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev çıxış edərək XTQ-nin yaranma tarixindən, keçdiyi döyüş yolundan və qarşıda duran vəzifələrdən danışıb. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində başladığı işlərin ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini xüsusi vurğulayıb.

Tədbir zamanı xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən xüsusi təyinatlılar “Fəxri Fərman”, qiymətli hədiyyə və “növbəti rütbə” ilə təltif olunublar.

Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının ildönümünə həsr olunan tədbir şəxsi heyətlə birlikdə tortun kəsilməsi ilə başa çatıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar