Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Aftandil İsrafilov dəfn olundu - VİDEO 0

Tarix: 30-04-2023 15:49     Baxış: 1 484

Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov dəfn olunub.

Mubarizciler.az xəbər verir ki, mərhum İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Heydər Məscidində Mədəniyyət Nazirliyinin nümayəndələri, Xalq artistinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri ilə birgə A.İsrafilovla vida mərasimi keçirilib.

Xatırladaq ki, A.İsrafilov 1941-ci il yanvarın 24-də Bakı şəhərində anadan olub. İfaçılıq sahəsində öz dəst-xətti olan sənətkar yaratdığı musiqi parçaları ilə milyonların qəlbini fəth edib.

 

O, dinləyicilərin qəlbində silinməz izlər buraxmış “Zemfira”, “Kəmalə”, “Nazilə”, "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir.

 

Mərhum sənətkar Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb.

 

O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar