Xəbər lenti
10-09-2025, 09:44
 

Təhsil işçilərimiz "Bir müəllimin manifesti" proqramı çərçivəsində ABŞ-da uzunmüddətli təlimlərdə iştirak edirlər 0

Tarix: 29-04-2023 20:20     Baxış: 1 267

Təhsil işçilərimiz "Bir müəllimin manifesti" proqramı çərçivəsində ABŞ-da uzunmüddətli təlimlərdə iştirak edirlər

Mubarizciler.az-ın məlumatına görə, Goranboy rayon Rəhimli kənd tam orta məktəbin direktoru Həsrət Rəhimov, Gəncə şəhər N.Aydın adına 18 nömrəli tam orta məktəbin biologiya müəllimi İlahə Hacıyeva və Göygöl rayon Haçaqaya kənd ümumi orta məktəbin biologiya müəllimi Züleyxa Vəliyeva artıq bir müdddətdir ki, ABŞ-da uzunmüddətli təlimlərdə iştirak edirlər.

ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil olunan seminar, mühazirə və konfranslarda iştirak edərək, müxtəlif yerli məktəb, kollec və universitetlərə səfər həyata keçirilir. Həmçinin, iştirakçılar Vaşinqtonda keçirilən tədbirlərdə iştirak edərək, muzey və mədəniyyət mərkəzlərini ziyarət edir, ingilis dilini təkmilləşdirərək ABŞ-ın təhsil sisteminin nailiyyətlərilə tanış olurlar.

Qeyd edək ki, ADA Universiteti ölkəmizdə yüksəkixtisaslı müəllimlər yetişdirmək məqsədilə “Bir müəllimin manifesti” proqramını həyata keçirir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar