Xəbər lenti

Cansudan İlham Əliyev və xanımına TƏŞƏKKÜR 0

Tarix: 29-04-2023 00:37     Baxış: 2 191

Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında qazandığı qızıl medalı Azərbaycana həsr edən türkiyəli ağırlıqqaldıran Cansu Bektaş dəvətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Mubarizciler.az xəbər verir ki, o, bu barədə özünün instaqram səhifəsində paylaşım edib.

“Hörmətli Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya sonsuz təşəkkür edirəm. Medalım Azərbaycana ərmağan olsun", - deyə 49 kiloqramda qitə çempionu olan Bektaş paylaşımında yazıb.

Qeyd edək ki, aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngörün ilə görüşüblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar