Xəbər lenti

“Onlar bayrağımıza Ağrı dağda, Murov dağında, Şuşada yaxınlaşa bilərlərmi?” 0

Tarix: 28-04-2023 22:56     Baxış: 1 470

“Bayraq yandırmaq heç kimə şərəf gətirmir. Bu gün bizim bayraqlarımız, iki qardaş ölkənin bayraqları - Türkiyə, Azərbaycan bayraqları Ağrı dağda, Murov dağında, Zəngəzur dağlarında, Şuşada bir yerdə dalğalanır və əbədi dalğalanacaq, hər zaman bir yerdə”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib.

Aprelin 24-də Azərbaycan və Türkiyə bayraqlarının Ermənistanın əsas meydanında yandırıldığını qeyd edən dövlət başçısı bildirib: “Amma bizim bayraqlarımıza onlar Ağrı dağda, Murov dağında, Şuşada yaxınlaşa bilərlərmi? Təbii ki, yox. Ona görə bu, onların acizliyini göstərir, gücsüzlüyünü göstərir”.

(QAFQAZİNFO)



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar