Xəbər lenti

Albert Aqarunovun xatirəsi yad edilib 0

Tarix: 25-04-2023 16:04     Baxış: 1 855

Azərbaycan Ordusunda Milli Qəhrəman Albert Aqarunovun xatirəsi yad edilib.

Mubarizciler.az xəbər verir ki, hərbi qulluqçular əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanındakı məzarını, sonra isə Nərimanov rayonunda ucaldılmış abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad edərək əklil və gül dəstələri qoyublar.

Sonra ölkənin ərazi bütövlüyü və torpaqların müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda A.Aqarunovun şərəfli həyat yolundan bəhs edilib, onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar xatırlanıb.

Qeyd edək ki, I Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanan A.Aqarunov 1992-ci il mayın 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar