Xəbər lenti
18-11-2024, 12:06
 

Mədəniyyət işçiləri Daşkəsənli Şəhid ailələrini ziyarət etdilər - FOTO/VİDEO 0

Tarix: 22-04-2023 13:29     Baxış: 1 932

Mədəniyyət işçiləri Samux rayonunda Daşkəsən rayonundan olan vətən müharibəsinin  Şəhid ailələrilə görüş keçirdilər.

Mubarizciler.az xəbər verir ki, Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin  Zeyvə, Qaraçinar, Qazanbulaq, Şəfəq Qazançı, Qırıxlı,Həmənli,Gülməmmədli,Kələk, Qarasuçu və Şıxlar kəndlərində fəaliyyət göstərən Mədəniyyət Evləri və Klubların direktorları 19.04.2023-cü il tarixində Daşkəsən rayonundan olan  Vətən Müharibəsi Şəhidi  Məhəmməd Vaqif oğlu Abdullayevin mövlud günü ilə əlaqədar Samux rayonunda Şəhid ailəsini ziyarət etdilər.

Ziyarətdə Daşkəsən və Samux  rayonlarından olan bir qrup Şəhid ailələri iştrak etmişdir.

Mədəniyyət işçiləri Samux rayonunun mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin  abidəsini ziyarət edərək önünə tər qərənfillər düzmüş, xalqın müdrik oğlunun əziz xatirəsini ehtiramla yad ediblər.

Görüşü giriş sözü ilə açan Mədəniyyət işçisi, Layihə rəhbəri, Elçin Tagıyev qəhrəman Goranboylular adından bütün Şəhid analarını salamlamış Şəhidlərimizə uca Allahdan rəhmət diləmişdir.

Görüşdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edən Mədəniyyət  işçiləri Samira Mammedova ,Mahirə Ərcüməndi, Samirə Kazımova, Aygül Rəsulova və Şəfayət Əhmədova Şəhidlərimizin  barələrində xoş təəsüratlar danışmış, torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünərinin hər birimizə örnək olması və hər bir Azərbaycan vətəndaşının öz qəhrəmanlarını tanımalı olduğu bildirmişdilər.

 Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir deyə çıxış edən Qaraçinar kənd Mədəniyyət Evinin direktoru Tahire Imanova bildirmişdir.

  Çıxış edən Qazançı kənd Klubunun direktoru, Birinci Qarabağ Müharibəsinin Bayraq Ordenli Şəhidi Qahir Hüseynovun bacısı Gülnar Hətəmova bildirmişdir. Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. 

Bu qəbildən olan ailələrin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğısının bariz nümunəsidir.

Görüşdə çıxış edən Şəhid anaları ilk öncə onlara göstərilən diqqət və qaygıya görə ölkə başçısı cənab  Ilham Aliyev  Birinci Vitse-prezident xanım  Mehriban Əliyeva  sonsuz minnətdarlıqlarını ifadə etdilər.

 Eyni zamanda onların ailələrini ziyarət edərək Şəhidlərimizin xatirəsini əbədiləşdirilməsi məqsədilə görüşlərin keçirilməsində əməyi olan bütün Mədəniyyət sahəsində çalışan əməkdaşlara dərin təşəkkürlərini bildirdilər.

Sonda görüşdə iştrak edən bütün Şəhid analarına Şəhidlərimizin şəkilləri əks olunmuş Xarı Bülbülün Xatirə-Tablosu təqdim edildi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.


https://youtu.be/yBmWbddwKGQ



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar