Xəbər lenti

Əhaliyə XƏBƏRDARLIQ 0

Tarix: 20-04-2023 22:28     Baxış: 1 260

Aprelin 21-də Bakıda və Abşeron yarımadasında gündüz şimal-qərb küləyinin 15-20 m/s, axşama doğru arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın rayonlarında aprelin 21-i əvvəlcə şimal və qərb rayonlarında, gün ərzində isə digər ərazilərdə arabir yağıntılı olacağı proqnozlaşdırılır.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Aprelin 22-si və 23-də isə gündüz saatlarında dağlıq və dağətəyi rayonlarda havanın yağıntılı olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, 21-də bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Aprelin 24-ü axşam qərb rayonlarından başlayaraq 25-i axşamadək yenidən hava şəraitinin yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı ehtimalı var.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar