Xəbər lenti

Ermənistanda saxlanılan Hüseyndən yeni XƏBƏR VAR 0

Tarix: 18-04-2023 23:26     Baxış: 1 177

Ermənistanda əsir saxlanılan hərbçimiz Hüseyn Axundova qarşı yeni cinayət işi açılıb.

Mubarizciler.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, guya o, Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirib və buna görə təqsirli bilinir.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb.

Bundan əvvəl onlar Ermənistan dövlət sərhədini qanunsuz keçməkdə və odlu silah-sursat daşımaqda ittiham ediliblər. Sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar