Xəbər lenti

Hacı Əliyev finala yüksəldi - YENİLƏNİB 0

Tarix: 18-04-2023 00:28     Baxış: 1 104

Sərbəst güləş üzrə Azərbaycan komandasının üzvü Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinal mərhələsində moldovalı Vasile Diakonla qarşılaşıb.

Mubarizciler.az xəbər verir ki, o, rəqibinə 4:1 hesabıyla qalib gələrək 5-ci dəfə Avropa çempionatının finalına yüksəlib.

***

15:32

Azərbaycanın 70 kq çəki dərəcəsində yarışan üçqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Mubarizciler.az xəbər verir ki, o, İtaliyadan olan Canluka Talamo və almaniyalı Kevin Kristofer Henkeli məğlub edib.

***

14:18

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürüb.

Mubarizciler.az xəbər verir ki, Azərbaycanın 70 kq çəki dərəcəsində yarışan üçqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev təsnifat mərhələsində italyan Canluka Talamo ilə qarşılaşıb. O, rəqibini vaxtından əvvəl tam üstünlüklə (12:1) məğlub edərək, 1/4 finala vəsiqə qazanıb.

H.Əliyev yarımfinal yolunda almaniyalı Kevin Kristofer Henkellə qarşılaşacaq.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar