Xəbər lenti

Arzu Rəhimovun yerinə təyin edilən rəis KİMDİR... - FOTO 0

Tarix: 17-04-2023 12:15     Baxış: 845

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mürsəl Qorxmaz oğlu İbrahimovu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edib. 

Mubarizciler.az yeni xidmət rəisinin kim olduğunu araşdırıb.

M. İbrahimov 1970-ci il sentyabrın 20-də Bakıda anadan olub. O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib.

1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb.  Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsinin inspektor və baş inspektor vəzifəsində işləyib. 

Məlumata görə, Mürsəl İbrahimov əvvəllər 2015-ci ildə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub. Yeni rəis 2015-ci ildə prezidentin sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiyinə görə «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilib. Həmin dövrdə Mürsəl İbrahimov polkovnik rütbəsini daşıyıb.

“Qafqazinfo” yazıb ki, M.İbrahimov 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. 2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə  çalışıb. Son illər “Kapital Bank” ASC Təhlükəsizlik Departamentin direktoru olub.

Xatırladaq ki, dövlət başçısının sərəncamı ilə Arzu Yusif oğlu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar