Xəbər lenti

Şəhidin ailə üzvləri ağır qəzaya düşdü - Foto 0

Tarix: 16-04-2023 20:03     Baxış: 1 549

Aprelin 16-na keçən gecə Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mubarizciler.az xəbər verir ki, avtomagistralın Hacı Zeynalabdin Tağıyev istiqamətində “KamAZ” markalı avtomobillə “BMW” markalı minik avtomobili toqquşub. 

Nəticədə bir ailənin üç üzvü - Quliyev Natiq Akif oğlu, Quliyeva Təranə Hüseyn qızı, Quliyev Həsən Natiq oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Onlar Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, kəllə-beyin travması alan T.Quliyevanın vəziyyəti ağırdır. Digər iki nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan şəxslər İkinci Qarabağ müharibəsi şəhidi Namiq Quliyevin ailə üzvləridir.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar