Xəbər lenti

Goranboyda "Şahin" hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdi - FOTO 0

Tarix: 16-04-2023 19:24     Baxış: 1 078

"Şahin" hərbi-idman oyunu üzrə  Goranboy rayon birinciliyi keçirilmişdi.

Mubarizciler.az-ın məlumatına görə, 13-14 aprel 2023-cü il tarixlərdə Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə Təhsil sektorunun dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq Goranboy Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərinin VIII və X sinif şagirdlərindən ibarət komandalar arasında “Şahin” hərbi-idman oyunu üzrə Goranboy rayon birinciliyi keçirilmişdir. 

 Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səslənilməsi ilə açıq elan olunmuş, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverinliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

“Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərməkdən ibarət olduğunu bildirmişdir. Tədbirin açılış mərasimində Goranboy rayon İcra Hakimiyyətinin, Təhsil sektorunun, N saylı hərbi hissənin, Fövqəladə Hallar Nazirliyinin yerli sturuktur bölmələrinin  nümayəndələri, yarışın hakimləri, və hərbi-hazırlıq müəllimləri iştirak etmişdir.

Birincilikdə rayon ümumtəhsil məktəblərinin 33 komandası I yer uğrunda mübarizə aparmışdır. 


İki gün ərzində gərgin keçən yarışın yekun nəticəsinə əsasən

– Borsunlu 1 saylı tam orta məktəbin komandası – Qaradağlı kənd tam orta məktəbin komandası

– Dəliməmmədli şəhər tam orta məktəbin komandası.

Yarışda birinci yeri qazanmış komanda "Şahin" hərbi-idman oyunu üzrə zona mərhələsində iştirak etmək üçün vəsiqə qazanmışdır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar