Xəbər lenti

İcra başçıları və Deputatlar Şəhid ailəsini ziyarət etdilər - FOTO 0

Tarix: 12-04-2023 22:58     Baxış: 1 186

Ağstafanın Xətai kəndindən olan şəhidimiz Elşad Həsənovun ailəsi ziyarət olunub.

Mubarizciler.az xəbər verir ki, Ziyarətdə Ağstafa və Qazax RİH başçıları Seymur Orucov və Rəcəb Babaşov, millət vəkilləri Ülviyyə Ağayeva, Səməd Seyidov, Sabir Rüstəmxanlı, Asim Mollazadə, Cavanşir Feyziyev, Nigar Arpadarai, Nəsib Məhəməliyev, əməkdar məşqçi Firdovsi Umudov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anası Məlahət xanım və əmisi Şahbaz Həsənov Vətən oğlunun keçdiyi şərəfli ömür yolundan söz açaraq bildiriblər ki, Elşad hər zaman doğma yurduna məhəbbəti, müqəddəs torpaqlarımıza bağlılığı ilə, mərdliyi ilə seçilib. Məhs bu xüsusiyyətlər onu Azərbaycan Ordusu sıralarında Vətəninə qürurla, əsil qəhrəman kimi xidmət etməyə vadar etdi. O, həm də 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

Qeyd olunub ki, Elşad Həsənov da şəhidlik zirvəsini fəth edərək digər Vətən oğullarımız kimi hər bir azərbaycanlının ən böyük qürur mənbəyinə çevrildi və O, qəlblərdə daim yaşayacaqdır. Şəhidimizin ailə üzvləri dövlətimiz tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunacaqlar. Eyni zamanda şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıq nümunəsindən bəhs olunaraq bildirilib ki, 11 aprel 2023-cü il tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən növbəti təxribatın qarşısı qəhrəman hərbçilərimizin sayıqlığı nəticəsində bu dəfə də qətiyyətlə alınıb, ordumuz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf xeyli sayda itki verib. Şəhidlərimizin intiqamı layiqincə alınıb. 

Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla anılıb.

Allah şəhidərimizə rəhmət eləsin!




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar