Xəbər lenti
25-07-2026, 19:27
 

ŞƏHİD Elşad Qabil oğlu Həsənov torpağa tapşırılıb - FOTO 0

Tarix: 12-04-2023 17:34     Baxış: 2 649

Ağstafalı şəhidimiz, Azərbaycan Ordusunun giziri Elşad Qabil oğlu Həsənov izdihamla torpağa tapşırılıb.

Aprelin 11-də Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçusu, Ağstafa rayonunun Xətai kəndindən olan Həsənov Elşad Qabil oğlu xidməti döyüş tapşırığını şərəflə yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalıb.  

Mubarizciler.az-ın məlumatına görə, Şəhidimiz bu gün Ağstafa rayon Şəhidlər Xiyabanında böyük izdihamla dəfn olunub. 

Dəfn mərasimində Vətən oğlunun ailə üzvləri, doğmaları ilə yanaşı Ağstafa RİH başçısı Seymur Orucov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidimizin hərbçi yoldaşları, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Allah şəhidlərimizə rəhmət eləsin!




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar