Xəbər lenti

İcra başçısından yeni təyinat - FOTO 0

Tarix: 12-04-2023 16:01     Baxış: 1 774

İcra başçısından yeni təyinat.

İsmayıllı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

İcra Hakimiyyətindən  verilən məlumata görə, icra başçısı Nahid Bağırovun müvafiq Sərancamına əsasən Eyyub Əfşər oğlu Musayev RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edilib ki, Eyyub Əfşər oğlu Musayev 20 yanvar 1981-ci ildə İsmayıllı rayonunda anadan olub. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin İnzibatçılığı” üzrə bakalavr, 2007-2010-cu illərdə həmin universitetin “Sosial sahələrin İqtisadiyyatı “ üzrə magistr təsili alıb. 2012-2016-cı illərdə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib, İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 21 elmi məqalənin müəllifidir.

20 iyun 2006-cı ildən İsmayıllı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində aparıcı məsləhətçi olaraq işə başlayıb. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatında sektor müdiri, DSMF İsmayıllı rayon şöbəsində şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb.

Qeyd edilib ki, bu gün Eyyub Musayev İsmayıllı RİH kollektivinə təqdim olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar