Xəbər lenti
25-07-2026, 19:27
 

Şəhid Səbuhinin son mənzili - FOTOLAR (YENİLƏNİB) 0

Tarix: 12-04-2023 15:56     Baxış: 1 637

Bu gün Ermənistan Silahlı Qüvvələri bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan Tağıyev Səbuhi Gündüz oğlunun nəşi Naxçıvana gətirilib.

Mubarizciler.az xəbər verir ki, qəhrəman şəhidimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra ailəsinin yaşadığı Şahbuz rayonunun Badamlı qəsəbəsinə yola salınıb.

Qarşılanma mərasimində dövlət, hökumət və ictimaiyyət nümayəndələri, eləcə də şəhidin ailə üzvləri iştirak ediblər.

Hazırda şəhidimizin nəşi Badamlı qəsəbəsində torpağa tapşırılıb.

Qeyd edək ki, Səbuhi Tağıyev 1998-ci ildə Şahbuz rayonunun Şada kəndində anadan olub. Ailəsi hazırda Badamlı qəsəbəsində yaşayır.

 

 




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar