Xəbər lenti
25-07-2026, 19:27
 

Şəhid Vidadi Zalovla vida mərasimi keçirilir - FOTO+VİDEO 0

Tarix: 12-04-2023 11:28     Baxış: 1 239

Ötən gün erməni təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Vidadi Zalovun nəşi ailəsinə təhvil verilib.

Mubarizciler.az xəbər verir ki, şəhidin Abşeron rayonunun Saray qəsəbəsindəki evində vida mərasimi keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra şəhidin cənazəsi Saray qəsəbəsində yerləşən Şəhidlər qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, ötən gün Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab tədbirləri zamanı Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub. Şəhidlərimiz Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğludur.

 

 

 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar