Xəbər lenti
18-11-2024, 12:06
 

Elçin Tağıyev: Cənab Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq 0

Tarix: 11-04-2023 15:28     Baxış: 1 425

Cənab  Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.

  Ölkəmizdə 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində İlham Əliyev seçicilərin 86,02 faizinin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim edərək səsini ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalaraq ölkəmizi regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasi xadim Prezident İlham Əliyevə verdi.

 Son 5 ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Bu mərhələ bütün sahələri əhatə edən genişmiqyaslı və davamlı islahatlarla xarakterizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir.

 Bu illər ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilmiş, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunmuş, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmışdır. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident cənab İlham Əliyev tərəfindən dinamik şəkildə və novatorcasına inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin qloballaşan dünyada öz mövqelərinin yüksəlməsini təmin edib. Bu gün tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günündən “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, – tezisini irəli sürərək, ötən müddətdə ona bəslənilən ümidləri doğruldub, cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalışmaqla, xalqın maraq və mənafelərinə cavab verən çevik, qətiyyətli qərarlar qəbul edib, mühüm uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləyib, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib. Bu fikri bir qədər də konkretləşdirib vurğulamaq istərdim ki, ötən 20 il ərzində Cənab İlham Əliyev siyasi, sosial-iqtisadi sahələrdə böyük uğurlara imza atmaqla Ulu Öndərin siyasi varisi, onun güclü dövlətçilik, Azərbaycançılıq ideologiyasının layiqli daşıyıcısı olduğunu təsdiqləyib. Ölkədə demokratik islahatların aparılması, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində qanunvericilik bazasının formalaşması, ictimai-siyasi stabilliyə zəmanət verən iqtisadi-siyasi layihələrin reallaşdırılması, beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəlməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatların bariz bəhrələridir. Bu bir faktdır ki, bütün bunların əsasında İlham Əliyev şəxsiyyəti, onun fenomenal liderlik keyfiyyətləri dayanır.

    Cənab Prezident İlham Əliyevin uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşuldu. Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı. Cənab Prezident demişdir: “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq”.

   Cənab Prezident İlham Əliyevin xarici siyasətinin ən önəmli hissəsi Qarabağla bağlıdır. Lakin bu məsələ ilə bağlı Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutması, Qarabağ probleminin ədalətli şəkildə artıq silahla həll olunmasını zəruri etmişdi. Ermənistanın davamlı olaraq işğalçı siyasətdən əl çəkməyib 2020-ci il sentyabr ayının 27-də atəşkəs rejimini kobud şəkildə pozaraq təxribatlar həyata keçirməsi həmin təxribatların qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlanılmasına və respublika ərazisində hərbi vəziyyətin elan olunmasına səbəb olmuşdur. Vətənə sevgi, ərazi bütövlüyünün bərpa olunması istəyi, illərcə gözlənilən ədalətin bərqərar olunmasında iştirakdan duyulan qürur və şərəf hissi ilə Azərbaycan ordusu “Dəmir Yumruq”u ilə 44 gün ərzində mənəvi üstünlük və şücaət nümayiş etdirərək Murovdağ silsiləsini, Suqovuşan qəsəbəsini, Cəbrayıl, keçmiş Hadrut qəsəbəsini Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Xocavənd rayonunun böyük hissəsini və Şuşa şəhərini, bütövlükdə 300-dən çox yaşayış məntəqəsini döyüşlə işğaldan azad etmişdir. Onun ardınca isə bir güllə belə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonları Müzəffər Ali Baş Komandanımızın şücayəti sayəsində işğaldan azad olundu. 

    Ötən 20 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.

Elçin Tağıyev,

YAP Goranboy rayon təşkilatının fəalı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar