Bu gün məktəblərə direktorların işə qəbulu müsabiqəsi çərçivəsində sənəd qəbulunun sonuncu günüdür 0
Bugün şagird sayı 500-dək olan məktəblərə direktorların işə qəbulu müsabiqəsi çərçivəsində sənəd qəbulunun sonuncu günüdür.
Mubarizciler.az-ın məlumatına görə, Aprel ayının 4-dən etibarən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılıb.
Sənəd qəbulu prosesi 11 aprel tarixinədək davam edəcək.
Müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə təqdim edə bilərlər.
Qeyd edək ki, şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.
Namizədlər üçün tələblər:
- pedaqoji ixtisas üzrə ali təhsil,
- 5 ildən az olmayaraq pedaqoji staj,
- hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul olma.
Vakant yerlərlə aşağıdakı siyahı vasitəsilə tanış ola bilərsiniz
Xəbəri paylaş