Xəbər lenti

İqor Babuşkin Azərbaycanda olub - Fotolar 0

Tarix: 10-04-2023 20:40     Baxış: 684

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Həştərxan vilayətinin qubernatoru tərəfindən imzalanmış Tədbirlər Planına uyğun olaraq aprelin 9-da Bakıda yerləşən Həştərxan İş Mərkəzində Rusiya və Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının görüşü keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin, Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və gənclər təşkilatlarının fəal üzvləri iştirak ediblər.

İ.Hacıyeva bildirib ki, iki ölkə arasında hümanitar sahədə olan əlaqələrin daha da inkişaf etdirilməsi üçün gənclər böyük töhvələr verir.

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin da öz çıxışında Azərbaycanın hərtərəfli inkişafından, ölkəmizin əsrarəngiz gözəlliyindən danışaraq “Xəzər – Dostluq dənizi” devizi altında reallaşan motoyürüş və onun məqsədləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Gənclər təşkilatlarının əlaqələrinin genişləndirilməsinin yeni dialoq imkanları yaratdığını vurğulayan qubernator Azərbaycan gənclərini Həştərxana dəvət edib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, müstəqil Azərbaycanın gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub

Qeyd edilib ki, Ulu Öndərin təşəbbüsü ilə 1990-ci illərdə cəmiyyətin inkişafında gənclərin rolunun artırılması istiqamətində addımlar atılmış, ölkənin gələcək inkişafında paytaxtda və regionlarda yaşayan gənclərin iştirakının və məsuliyyətinin artırılması, fikir mübadiləsi üçün şəraitin qurulması həyata keçirilmişdir. Azərbaycan-Rusiya əlqələrinin daha da inkişaf etdirtilməsində gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan A.Fərzəliyev bu istiqamətdə həyata keçirilən layihələrin uğurlu olacağına əminliyini ifadə edib.

Daha sonra Azərbaycan və Rusiyanı təmsil edən gənclər təşkilatları təqdimatlarla çıxış etmiş, hər iki ölkənin turizim, sahibkarlıq və digər əməkldaşlıq sahələri üzrə mövcud potensialı nümayiş olunmuş, o cümlədən həyata keçirilən beynəlxalq layihələr barəsində ətraflı məlumat verilib.

Aprelin 10-da qonaqlar Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad ediblər.














Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar