Xəbər lenti
10-09-2025, 09:44
 

Goranboyda elmi-praktik konfrans keçirilib - FOTO 0

Tarix: 10-04-2023 18:46     Baxış: 1 403

Goranboyda “2023-cü il - Heydər Əliyevin 100 illik yubileyi” ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans keçirilib.

Mubarizciler.az xəbər verir ki, konfransda İcra başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatları Ziyad Səmədzadə, Anar Məmmədov, Emin Hacıyev və Əliabbas Salahzadə iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Sonra tədbir Olimpiya İdman Kompleksinin akt zalında davam etdirilib.

Konfransdan əvvəl Ümummilli Liderin mənalı ömür yoluna və dövlət idarəçilik fəaliyyətinə həsr olunmuş rəsm  və kitab sərgisi nümayiş etdirilib, videoçarx izlənilib.

Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev, deputatlar Ziyad Səmədzadə, Anar Məmmədov,  Emin Hacıyev və  RİH yanında ictimai şuranın sədri Gündüz Hacıyev Ümummilli Liderin öz xalqına həsr olunmuş mənalı ömür yolundan, fenomen şəxsiyyət və Ümummilli Lider kimi xilaskarlıq missiyasından, azərbaycançılıq ideologiyasından və dövlət idarəçiliyi ənənələrindən, şəhid Milli Qəhrəmanın həyat yoldaşı Rübabə İsmayılova isə Ümummilli Liderimizlə görüşü ilə bağlı unudulmaz xatirələrindən danışıblar. 

Sonda xatirə şəkli çəkdirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar