Xəbər lenti

Mərkəzi Xəstəxananın Publik Hüquqi Şəxsin baş direktoru vəzifəsindən azad edildi 0

Tarix: 08-04-2023 16:34     Baxış: 1 271


“Şabran Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Aslan Usubov TƏBİB sədri Vüqar Qurbanovun əmri ilə vəzifəsindən azad olunub. 

Mubarizciler.az xəbər verir ki, Aslan Usubov faktı təsdiqləyib.

 O, Şabran xəstəxanasındakı işindən öz xahişi ilə ayrıldığını bildirib.

Aslan Usubov TƏBİB sədrinin digər əmri ilə Bakıdakı 23 saylı Birləşmiş şəhər xəstəxanasına direktor təyin olunduğunu deyib. 

Şabran Rayon Mərkəzi Xəstəxanasında onu bu vəzifədə əslən Şabrandan olan Səxavət Cəbrayılov əvəz edib.

Qeyd edək ki, Aslan Usubov Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun qardaşıdır.


Bizim.Media




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar