Xəbər lenti

Elçin Tağıyev: Azərbaycan Ordusu dünynın güclü ordular sırasındadır 0

Tarix: 08-04-2023 10:49     Baxış: 973

Azərbaycan Ordusu dünynın güclü ordular sırasındadır

Dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır.

            1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qaldı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə qarşısında qoydu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr isə müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.

Azərbaycanda ordu quruculuğu faktiki olaraq 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra başladı. Ümummilli lider Heydər Əliyevin dövlət, cəmiyyət, eləcə də dövlət idarəçiliyi sahəsində böyük təcrübəsi, digər tərəfdən bu böyük şəxsiyyətin dahi praktik və güclü nəzəriyyəçi olması ordu quruculuğu məsələsində də müsbət nəticələr ortaya qoydu. Tarixi varislik ənənəsinə uyğun olaraq ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün - iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Bizim ordumuz güclüdür. Ordumuzun gücü gündən-günə artır. Ölkəmizin gözəl gələcəyi var.

.Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsini parlaq qələbə ilə yekunlaşdırdı. Müzəffər ordumuz 30 ilə yaxındır işğalda olan əbədi və əzəli torpaqlarımız işğaldan azad edilərək öz xalqına qələbə sevincini yaşatmışdır

Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi idi. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan ulu öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi, bu prosesin siyasətini çox böyük incəlik və dəqiqliklə müəyyənləşdirdi, onun icrasında məqsədyönlü bir çeviklik nümayiş etdirdi.

Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda da görüb. Bu gün Azərbaycan Ordusunun şəxsi heyəti öz üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir və döyüş hazırlığını durmadan artırır. Ordu mənsubları Vətənimizin ərazi bütövlüyü və suverenliyi naminə bundan sonra da əlindən gələni əsirgəməyəcək, Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını layiqincə yerinə yetirəcəklər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu bü¬tün istiqamətlər üzrə uğurla davam etdirdi. Azərbaycanda ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Orduda böyük islahatlar keçirildi, ordunun silahlanmasına ən müasir silahlar daxil edildi. Bunların nəticəsi kimi Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı.

Böyük qürur hissi ilə deyilməlidir, deyilir ki, Azərbaycanda ordu quruculuğu Heydər Əliyevin adı ilə bağlı olub. Ordumuzu nizami ordu kimi Heydər Əliyev formalaşdırıb!

Elçin Tağıyev,

Yeni Azərbaycan Partiyası

Goranboy rayon təşkilatı fəalı



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar