Xəbər lenti
25-07-2026, 19:27
 

Baş prokuror Ağcabədidə vətəndaşları qəbul etdi 0

Tarix: 07-04-2023 18:50     Baxış: 1 055

Aprelin 7-si Baş prokuror Kamran Əliyev Ağcabədi rayonda Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Xocavənd və Laçın həmçinin, digər rayonlardan olan vətəndaşları qəbul edib.

Mubarizciler.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlcə Baş prokuror Heydər Əliyevin Ağcabədidəki abidəsini ziyarət edib.

Daha sonra keçirilən qəbulda 46 vətəndaş iştirak edib. Vətəndaşların müraciətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı, mülki xarakterli mübahisələrlə əlaqədar və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirərək konkret tapşırıqlar verib.







Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar